Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:34

400 məhkum vaxtından əvvəl azadlığa buraxılacaq


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəza növü cinayət cəzaları sistemindən çıxarıldığı üçün 17 cəzaçəkmə müəssisəsi ləğv edilib.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev bildirib.

O deyib ki, bu müəssisələrdə saxlanılan 1767 nəfərin sənədləri məhkəmələrə göndərilib və onların cəza növləri dəyişdirilib.

M. Quliyev qeyd edib ki, 600 məhkumun sənədləri müəssisələrdən Penitensiar Xidmətin Baş İdarəsinə təqdim olunub. Onların 200-ü ilə bağlı müəyyən əməliyyat məlumatı olduğundan həmin şəxslərə mənfi cavab verilib. Qalan 400 nəfərin isə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılması gözlənilir.

Xidmət rəisi onu da deyib ki, tərtib edilən plan-proqrama uyğun olaraq, Azərbaycanda olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı 13-dən 25-ə çatdırılacaq. Yeni müəssisələr regionlarda inşa olunacaq. /apa/
XS
SM
MD
LG