Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 13:20

Paul McCartney evlənir


“The Beatles” qrupunun keçmiş üzvlərindən olan Paul McCartney bu gün Londonla amerikalı Nancy Shevell ilə evlənir. Paul McCartneyin 69, nişanlısının isə 51 yaşı var.

Paul McCartney ilk dəfə 1969-cu ildə Linda Eastmanla ailə qurub. Linda 1998-ci ildə döş xərçəngindən vəfat edib Bu evlilikdən onların 3 uşağı olub.

Bundan sonra Paul 2002-ci ildə model Heather Mills ilə ailə qurub. 2008-ci ildə ondan boşanıb. Bu evlilikdən bir qızı var.
XS
SM
MD
LG