Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 08:01

Beynəlxalq Valyuta Fondu Əfqanıstan üçün borc axtarır

Beynəlxalq Valyuta Fondu Əfqanıstan üçün üç illik 129 milyon dollarlıq borc axtarır. Fonddan bildirirlər ki, bu borc Əfqanıstan hökumətinə iqtisadi islahatları dəstəkləmək üçün veriləcək.

Fondun bəyanatında bildirilir ki, Əfqanıstan hökuməti Kabul bankda yaranan böhranla mübarizədə “mühüm irəliləyiş” əldə edib.

Beynəlxalq Valyuta Fondunun Əfqanıstan missiyasının rəhbərliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyətə və quraqlığa baxmayaraq, daxili məhsulda artım qeydə alınıb. Onlar ölkənin dağ-mədən sənayesinin də genişlənə biləcəyini deyirlər.
This item is part of
XS
SM
MD
LG