Keçid linkləri

2024, 15 Aprel, Bazar ertəsi, Bakı vaxtı 22:12

Rusiyada millətçilərin hücumların nəticəsində 16 adam ölüb


İlin əvvəlindən Rusiyada radikal millətçilərin törətdiyi hücumlar nəticəsində 16 adam ölüb, 100-ə yaxın adam xəsarət alıb.

“İnterfax”ın “Soba” hüquq müdafiə təşkilatına istinadən verdiyi xəbərə görə, hücumlar Rusiyanın 25 regionunda törədilib. Moskva, Peterburq və Moskva ətrafı isə əvvəlki illərdə olduğu kimi ksenofobiyanın mərkəzi olaraq qalır.

Qurbanlar isə Orta Asiya, Qafqazdan gələnlər, müxtəlif dini qrupların və gənclər təşkilatlarının üzvləri olub.
XS
SM
MD
LG