25 yaşlı maliyyəçi Cavid Məmmədovun bildiyi xarici dillərin sayı onu keçir. O, 5 ildir ki, ispan, italyan, portuqal, alman, fransız, türk, serb, esperanto dillərinə hakim olub. Azərbaycan dilini isə 14 yaşında öyrənməyə başlayıb. Cavid Məmmədovun "14-24"-ə müsahibəsi
- Cavid, hardan yarandı bu maraq səndə? İxtisasın maliyyə, dillər isə tamam başqa sahə...
- Sözün düzü heç özüm də bilmədim necə oldu. Sadəcə olaraq tətil vaxtı idi, bekarçılıq idi, görməyə bir iş yox idi, mənim bir dostum bir saytın adını çəkmişdi və mən o sayta girib gördüm ki, bu, Moskvada yerləşən dillər məktəbinin saytıdır. Burada xarici dilləri öyrənənlər üçün hər cür məlumat var, pulsuzdur və onları yükləmək olar. 20 yaşım vardı o vaxt, bu, təqribən 5 il bundan qabaq baş vermişdi. Mən başladım ispan dilindən. Çünki o vaxta qədər bir kitab almışdım və dili bir balaca bilirdim. İspan dilini bir az oxudum, nə qədərsə öyrəndim, həvəsdən düşdüm, dedim ki, ispan dilinə oxşar portuqal dili də var, açım onu oxuyum. Ondan sonra italyan dilinə keçdim. Sonra bütün dilləri az-maz artıq bilirdim. Primitiv şəkildə özümü izah etməyi öyrənmişdim.
- O vaxta qədər ingilis dilini, rus dilini yəqin bilirdiniz...
Bəli. Türk dilini də primitiv formada – bütün azərbaycanlıların bildiyi kimi passiv formada bilirdim. O vaxtlar məndə belə bir təəssürat vardı ki, 8-9 dildə danışa bilirəm. Mən Mərkəzi Avropa Universitetinə daxil olub Macarıstana gedəndə bildiyimi düşündüyüm dili bilənlərlə ünsiyyətdə gördüm ki, mən dili bilmirəm.
- Heç bir hazırlığa getməmisiz bu dilləri öyrənmək üçün?
- Faktiki olaraq getməmişəm. Nəzərə alsaq ki, bir çox insan heç bir hazırlığa getmədən dilin yaxşı səviyyəyə çatdırılmasına inanmır, mən qərara gəldim ki, ispan dilindən ingilis dilindəki TOEFL testinə uyğun imtahanı verim. Düzdür, bunun heç bir maliyyə, iqtisadi nəticəsi yox idi. Ən yüksək səviyyəni seçdim və imtahandan keçdim. Özümə və başqalarına sübut etdim ki, bir dili sıfırdan maksimuma çatdırmaq
mümkündür. Bu diplom ispan dili filologiyası üzrə bakalavr diplomuna bərabərdir.
- Nə qədər vaxt sərf etmişdin ispan dilini öyrənməyə?
- Konkret olaraq hansı dilə nə qədər vaxt sərf etdiyimi müəyyən etməkdə çətinlik çəkirəm. İspan dilinin üstünə düşdüyüm hardasa 9 ay çəkdi. Amma o vaxta qədər orta səviyyədə - primitiv olmasa da, primitivdən bir az yaxşı özümü ifadə edirdim.
- Necə çatdırırdınız? Axı dərsləriniz də vardı...
- Mən özüm də bu sualın cavabını bilmirəm. Nəzərə almaq lazımdır ki, dillər bir-birinə oxşayır. Leksikada olmasa da, hansısa məntiq var, daxili ahəng var. Onu sözlə ifadə etmək çətin və ya mümkünsüz olsa da, o var.
- Hansı çətinliklərlə rastlaşmısız dilləri öyrənərkən? Məsələn, bir dildə nəyi qavramaq asandır, nəyi çətin?
- Demək çətindir. Mənim dillərdə xoşladığım bir cəhət məntiqli olmağıdır. Ümumiyyətlə, ispan dilinin kifayət qədər sadə dil olduğunu fikirləşirəm.
- Bəlkə, dili biləndən sonra bu qərar gəlmisiz...
- Xeyr, mən deməzdim. Məsələn, mən ingilis dilindən italyan dilinə keçsəydim, o da çox problem yaratmazdı, amma ispan dili mürəkkəblik baxımdan, istisnalar, qrammatik qaydalar kimi göstəricilərə görə bütün digər Avropa dillərini qabaqlayır. İspan dilindən də asan bir dil var, o, esperantodur. Onu da hardasa 2-3 həftəyə öyrəndim. Çünki bu dil süni olaraq yaradılmışdı. Bu dilin məqsədi indi ingilis dilinin yerinə yetirdiyi rolu yerinə yetirmək idi. Ona görə də bu dilin yaradıcısı problem yaradacaq hər şeyin kökünü kəsdi.
- Esperanto heç bir mədəniyyət daşımayan, heç bir tarixi olmayan bir dildir. Bu maraq hardandır?
- Düzdür. Esperantonun heç bir mədəniyyəti, buna müvafiq olan heç bir milləti yoxdur ki, deyəsən bunun tarixi var, buna meylim olsun. Hər halda esperantonun maraqlı cəhəti var ki, hazırda dünyada bu dili bilən 2 milyona yaxın adam var. Esperantonun beynəlxalq ünsiyyət dili kimi eksperimenti demək olar ki puç olub. Amma bütün bunlara baxmayaraq, bu dili öyrənən insanlar bir qayda olaraq idealist olur. Onlar fikirləşirlər ki, bu dil bir vaxtlar bütün dilləri bərabər etməyə çalışmış bir dildir. Hamı ingilis dilini öyrənirsə, bu, ingilisdilliləri dominant, başqalarını tabe olan vəziyyətə qoyur. Esperanto isə heç kəs üçün ana dili deyil. Buna görə də hamı daha bərabərdir.
- Öyrəndiyiniz dillər bir-birinə mane olurmu?
- Məndə bu, çox nadir hallarda baş verir.
- Azərbaycanda məişətdə tez-tez istifadə olunan “uje”, “vse” sözləri var. Siz dillərdə bu cür qarışıq kəlmələr istifadə edirsizmi?
- Ümumiyyətlə, çalışıram bundan çəkinəm. Nəinki Azərbaycan dilində, bütün dillərdə bu cür danışmamağa üstünlük verirəm. Bu cür danışıq dili hörmətdən salır. Düzdür, gündəlik həyatda “uje” yerinə “artıq” deyəndə, “obed” yerinə “nahar” deyəndə bir az rəsmi səslənir. Hər halda, mən çalışıram bu kimi hallardan uzaq olum.
- Adətən ən azı iki dil bilən adam belə, deyir ki, Azərbaycan dilinin imkanları zəifdir, bəzi fikirləri bu dildə ifadə etmək olmur və s. Siz nə düşünürsüz bu barədə?
- Mən bu fikirlərlə razıyam. Məncə, problem orasındadır ki, Azərbaycan dilindəki ədəbiyyat, mədəniyyət fikirləşdiyimiz qədər inkişaf etməyib. Televiziyalar, dərsliklər... Bizdə, məsələn, işdə kargüzarlıq ingilis dilində gedir deyə, biz tez-tez elə bir vəziyyətə düşürük ki, hansısa termini Azərbaycan dilinə tərcümə edə bilmirik. Nəticədə, “xərc çəkirik” əvəzinə "cost-u incur eləyirik" deyirik. Bu terminlərin azərbaycancasının olmaması da elmi ədəbiyyatın geniş yayılmamasının göstəricisidir.
- Bu qədər dili bilməyiniz sizə hansı üstünlüklər verib? Nə qazancınız var ortada?
- Demək olar ki, heç bir qazancım yoxdur. İşdə gündəlik istifadə etdiyim dil standart 3 dildir: Azərbaycan, rus və ingilis.
- Ünsiyyətdə olduğunuz şəxslərlə bildiyiniz ortaq dillər varsa, hansında danışmağa üstünlük verirsiz?
- Bu, zövqdən asılıdır. Mənim bir dostum var Perudan. Bizim onunla tanış olma səbəbimiz o oldu ki, o, Azərbaycan dilini öyrənmək fikrinə düşdü. Və mən ona burdan bir neçə dərslik, kitab göndərdim. Onun cəmi 20 yaşı var. Onunla mən gündə bir dildə danışırıq. Mənim bildiyim 11 dilin hardasa 8-9-nu o da bilir. Ona görə də o istədiyi dildə söhbəti başlayır, mən isə davam edirəm. Bu, çox xüsusi bir hissdir. Ondan başqa insanlarla ünsiyyətdə hiss etməmişəm.
- Yəqin ki, danışdığınız dilləri daşıyan xalqlardan çox dostlarınız var.
- Dostlarım var, əlbəttə ki. Mərkəzi Avropa Universitetində təmsil olunmamış qitə qalmayıb. Mən hətta universitetdə oxuyanda bir şəkil çəkdirdim ki, hər qitədən bir nəfər var.
- Bundan sonra hansısa yeni dili öyrənməyə başlamaq istəyirsiz?
- Sözün düzü, iş o qədər də çox boş vaxt vermir. Amma mən bu yaxınlarda fin dilinə başlamışdım və yarımçıq qoydum. Bundan sonra yeni dil öyrənəsi olsam, bu, fin dili olacaq.
- Fin dili nəyinizə lazımdır?
- Sadəcə olaraq adam bir an darıxmağa başlayır. Avropa dilləri prinsipcə bir-birinə oxşayır, eyni kökdəndir. Müəyyən sözlər var ki, Avropa dillərində oxşardır. Məsələn, ata sözü, ingiliscə “father”, almanca “vater”, hollandca “vader”, ispanca “padre”, italyanca “padre”, portuqal dilində “pai”, rus dilində “papa”, yunanca “patera”. Yəni bu sözlər eyni kökdən əmələ gəlir. Bir anlıq isə sən tamamilə yeni bir çağırış axtarışında olursan. Necə ki mən ispan dilini özümə sübut etmək üçün imtahan verib lazımsız diplom aldım, fin dili də linqvistikada özümə sübut etmək istədiyim son şey olacaq.
- Qonşularımızdan kimin dilini bilirsiz?
- Qonşularımızdan ancaq rus və türk dilini bilirəm. Fars dilini vaxtilə oxumağa başlamışam. Digər həmsərhəd iki ölkənin hərflərini öyrənə bilmişəm, yəni çətinliklə də olsa, oxuyuram. Ümumiyyətlə, Azərbaycanın çox maraqlı bir mövqeyi var ki, 5 həmsərhəd ölkənin hər biri ayrı-ayrı əlifbadan istifadə edir. Ən azından bütün bu əlifbaları oxuya bilirəm.
- Hesab etmirsiz ki, faydasız işlə məşğulsuz? Nəticəyə yönəlik fəaliyyət deyil axı bu...
- Necə deyim sizə... kimsə iki təkər qaldırmaqla əylənir, mən də xarici dil öyrənməklə əylənirəm. Həm mən özümə xeyir verə bilirəm, məsələn, hansısa nadir materialı internetdə tapa bilirəm, özümü sığortalayıram, bir tərəfdən də cəmiyyətə heç bir təhlükə yaratmıram, əksinə, kimlərəsə ilham verirəm ki, mən hansısa dili öyrənə bilirəmsə, deməli, o da öyrənə bilər.
- Azərbaycan dilində danışığınızdan hiss edirəm ki, rusdillisiniz. Amma rus dilində heç bir kəlmə işlətmirsiz və düşünürsüz, çalışırsız ki, hər şeyi azərbaycanca ifadə edəsiniz. Azərbaycan dilini necə öyrənmisiz?
- Mənim Azərbaycan dili ilə münasibətlərim də maraqlıdır. Mən uşaqlıqdan 100 faiz rusdilli bir mühitdə böyümüşəm. Demək olar ki, 14 yaşıma qədər Azərbaycan dilindən heç istifadə etməmişəm və onu bilməmişəm. Mən futbol azarkeşiyəm və o vaxt başladım idman qəzetlərini oxumağa. Qəzetləri oxuya-oxuya qrammatikaya, sözlərə öyrəşdim və məncə, kifayət qədər normal səviyyəyə çatdırdım. 14 yaşımda dili öyrənməyimə və indiyə qədər də ünsiyyətimin böyük hissəsinin rus dilində keçməsinə baxmayaraq, pis nailiyyət deyil.

Esperanto bir vaxtlar bütün xalqları bərabər etməyə çalışmış bir dildir. Hamı ingilis dilini öyrənirsə, bu, ingilisdilliləri dominant, başqalarını tabe olan vəziyyətə qoyur. Esperanto isə heç kəs üçün ana dili deyil. Buna görə də hamı daha bərabərdir

14 yaşıma qədər Azərbaycan dilindən heç istifadə etməmişəm və onu bilməmişəm. 14 yaşımda dili öyrənməyimə və indiyə qədər də ünsiyyətimin böyük hissəsinin rus dilində keçməsinə baxmayaraq, pis nailiyyət deyil