Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Oktyabr, Cümə, Bakı vaxtı 02:12

Pakistan Vaşinqtonu ona qarşı təzyiqləri dayandırmağa çağırıb


Pakistanın baş naziri Yusif Reza Gilani Birləşmiş Ştatları regiondakı qeyri-sabitliyə görə cavabdehliyi Pakistanın üzərinə atmamağa çağırıb.

O cümə axşamı ölkənin siyasi liderlərilə İslamabadda keçirdiyi görüşdə çıxış edərkən bildirib ki, Vaşinqton Pakistana təzyiqləri dayandırmalı və onun milli maraqlarına hörmət etməlidir.

Pakistan kəşfiyyatının rəhbəri Ahmed Shuca Pasha isə ABŞ-ın Pakistan ərazisində yaraqlılara qarşı apardığı əməliyyatların yolverilməz olduğunu və Pakistan ordusunun bunu dəf etməyə hazır olduğunu deyib.

ABŞ dəfələrlə Pakistan rəhbərliyini Haqqani qrupuna qarşı qəti tədbirlər görməyə çağırıb.

Vaşinqton sentyabrın 13-də Kabildəki ABŞ səfirliyinə edilmiş hücuma görə cavabdehliyi bu qrupun üzərinə atır.
XS
SM
MD
LG