Yəmənin paytaxtı Sanada prezident Ali Abdulla Salehin əleyhdarları ilə tərəfdarları arasında güclü qarşıdurma olub. Prezidentin oğlunun komandanı olduğu respublika qvardiyası ilə müxalifətin tərəfinə keçən generallardan birinin qoşunları arasında döyüşlərin getdiyi haqqında da xəbərlər var.
Prezident Sarayının yerləşdiyi ərazidə partlayış səsləri eşidilir, atışma gedir. İtkilər haqqında məlumat verilmir.
30 ildir Yəmənə rəhbərlik edən Ali Abdulla Saleh Səudiyyə Ərəbistanındakı müalicəsini qurtarandan sonra bir neçə gündür ki, Yəmənə qayıdıb. Onun qayıdışından sonra ölkədə qarşıdurmalar daha da güclənib.