Keçid linkləri

2024, 21 Aprel, bazar, Bakı vaxtı 02:19

"İsveçrə bayrağından xaç çıxarılsın"


Xristianların irəli sürdüyü bu təklif müsəlmanlara qarşı çevrilib


İsveçrə bayrağındakı ağ xaç işarəsi çıxarılmalıdır. Bu təkliflə ölkədəki “Secondos Plus” İmmiqrantlar Assosiasiyasının vitse-prezidenti İvitsa Petruşiç çıxış edib.

Petruşiç deyib ki, bu gün multi-mədəni ölkə olan İsveçrənin xaç uyğun gəlmir. İctimai xadim xaçlı bayraq əvəzinə 18-ci əsrdə Helvetic Respublikasını dövlət simvolu olan yaşıl, sarı və qırmızı rəngli bayrağın yenidən işlədilməsini təklif edib.

Petruşiç ateist və digər dinlərə ibadət edən xeyli insanın yaşadığı bir ölkənin bayrağında xaç təsvirinin olmasını düzgün saymır. Özü xristian olsa da, hesab edir ki, müasir İsveçrənin dini və mədəni müxtəlifliyini lazımi səviyyədə əks etdirmir.

"20 minuten" nəşrinin yaydığı xəbərə görə, bu təklif İsveçrədəki müsəlmanlara qarşı işləyib. Çoxları Petruşisin müsəlman olduğunu düşünüblər və onlara qarşı kəskin fikirlər işlətməyə başlayıblar.

Lakin yerli müsəlmanlar da bayraq dəyişdirilməsi təklifini kəskin narazılıqla qarşılayıblar. İsveçrənin İslam Təşkilatları Federasiyasının rəhbəri Xişam Mayzar deyilən fikirləri “kontr-produktiv” adlandırıb.

“Bizim başqa ölkələrin adət-ənənəsini dəyişməyə yönələn bu cür tələblər irəli sürə bilmərik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG