Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

AXCP sədri kiminlə debata çıxa bilər?


Foto: Arxiv
Foto: Arxiv
TOFİQ QASIMOV, SİZ HARADASINIZ?

«Yeni Müsavat» qəzeti: «Axı, sən nə istəyirsən, Tofiq Qasımov?».

Mərhum prezident Heydər Əliyevin Ali Sovetin sədri olduğu dönəmdə parlament iclaslarında AXC hakimiyyətinin xarici işlər naziri olmuş, istiqlalçı deputat Tofiq Qasımova ünvanladığı bu sual sonralar çox dillər əzbəri oldu və zərb-məsələ çevrildi. Azərbaycan milli azadlıq hərəkatının ünlü nümayəndələrindən biri olan T.Qasımovun 1993-cü ilin iyun qiyamından sonrakı dövrdə Milli Məclisdə kəskin və prinsipial mövqeyi vaxtaşırı rəhbərliyin sərt reaksiyası ilə üzləşirdi.

1995-ci ilin «OMON» hadisələri zamanı həbs olunan eks-nazir məhbəsdən çıxandan sonra ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən eks-nazir daha sonra İsveçə mühacirət edib və hazırda bu ölkədə yaşayır.

Ömrünün 73-cü payızını qürbət ölkədə qarşılayan istiqlalçı deputatla əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Yeri gəlmişkən, T.Qasımov bir qayda olaraq elmi işlərini davam etdirdiyini bildirərək Azərbaycan mediası ilə təmasdan uzaq durmağa çalışıb. Hətta yubiley yaşında ona telefon açanlara da sadəcə təşəkkürünü bildirməklə kifayətlənib.

VƏKİLƏ QARŞI GÜLÜNC «ÇEVRİLİŞ» İTTİHAMI

Elçin Sadıqov
«Azadlıq» qəzeti: Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqovun «Turan»a verdiyi məlumata görə, Bayram Əliyev adlı şəxs Vəkillər Kollegiyasının sədrinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək vəkili guya dövlətin əleyhinə fəaliyyətdə günahlandıraraq, barəsində ciddi tədbirlərin görülməsini istəyib. Guya, E.Sadıqov xarici ölkələrin səfirləri ilə birləşib, Milli Məclisin müxalifətyönlü deputatları ilə əlbir olub, əldə etdiyi külli miqdarda pulların hesabına hakimiyyətə qarşı güclü təbliğat apardır. Müraciətdə həmçinin qeyd olunur ki, E.Sadıqov müdafiə etdiyi jurnalist Eynulla Fətullayevi 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində prezident seçdirəcək, özü isə Vəkillər Kollegiyasının sədri olacaq.

Vəkil deyir ki, bu ayın ortalarında kollegiyanın sədr müavini Fərhad Nəcəfov onu kollegiyaya çağıraraq B.Əliyev adlı şəxsin onun barəsində şikayətçi olduğunu bildirib.

Vəkil hesab edir ki, bu, müstəqil vəkillərə və özünə qarşı planlaşdırılan ən çirkin təxribatdır. «Turan»ın Vəkillər Kollegiyasından şərh almaq cəhdləri baş tutmayıb. Bu qurumun sədri Azər Tağıyev «vəkillik sirri»ni əsas gətirərək şərh verməkdən imtina edib.

YAP MÜXALİFƏT PARTİYALARINI TELEVİZİYA DEBATLARINA ÇAĞIRIR

«Yeni Azərbaycan» qəzeti: «Müxalifət partiyaları iddia edirlər ki, guya onlar televiziyalara buraxılmırlar, halbuki özləri gəlməyə qorxurlar.
Siyavuş Novruzov
Debata onların heç biri çıxa bilmir. Halbuki indiyə qədər onlar neçə dəfə televiziya kanalları tərəfindən debatlara dəvət olunsalar da, son anda gəlməkdən imtina ediblər, öz müavinlərini, müşavirlərini və sair göndərəcəklərini deyiblər».

Bu barədə «Trend»ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

«Müxalif partiyalar iddia edirlər ki, onlara efir verilsin və çıxış edərək öz təbliğatlarını aparsınlar. Bu isə mümkün deyil», - Novruzov əlavə edib.

«İsa Qəmbər də, Əli Kərimli də gəlsinlər televiziya debatlarına, diskussiya edək. Mən onlara ictimaiyyətin qarşısında sübut edim ki, onlar insanları qızışdırıb, yolundan azdırıb xarici dövlətlərə işləməyə təhrik edən adamlardır», - YAP icra katibinin müavini vurğulayıb.

AXCP mətbuat xidmətindən «Azadlıq»a bildiriblər ki, partiya istənilən ciddi bir təşkilatla, siyasi qurumla polemikaya hazırdır:

«Siyavuş Novruzov ranqında polemikaya partiyanın xeyli sayda funksionerləri var. AXCP sədri debatı YAP-ın sədriylə, ya da başqa variant kimi Ramiz Mehdiyevlə debata çıxa bilər. Cəsarətləri çatırsa, çıxsınlar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG