Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Bu gün BMT-də Fələstinin üzvlüyünə baxılacaq


Bu gün BMT-nin Təhlükəsizlik Şurasında Fələstinin üzvlüklə bağlı ərizəsinə baxılacağı gözlənir.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas ötən həftə BMT rəhbərliyinə Fələstinin bu qurumun üzvlüyünə daxil edilməsi üçün ərizə verib.

İsrailin əsas tərəfdaşlarından olan ABŞ bildirib ki, Təhlükəsizlik Şurasında bu məsələ müzakirə olunsa veto qoyacaq.

ABŞ hesab edir ki, İsrail-Fələstin arasında münaqişənin həlli hər iki tərəfin danışıqlarından keçir, BMT üzvlüyündən yox.

Rusiya, Avropa Birliyi və BMT də bildirir ki, onlar vaxt itirmədən sülh danışıqlarını başa çatdırmalıdır.

Fələstin isə bəyan edib ki, İsrail Qərb sahillərində yəhudi qəsəbələrinin salınmasını dayandırmasa, heç bir danışıqdan söhbət gedə bilməz.
XS
SM
MD
LG