Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 16:22

Bakıda boks üzrə dünya çempionatı başlayıb


Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bu arada BBC-nin “Newsnight” televiziya verilişi Azərbaycanın beynəlxalq boks təşkilatına məxfi şəkildə milyonlarla dollar pul ödəməsi barədə sübutlar əldə etdiyini deyir. BBC-nin məlumat mənbəyi iddia edir ki, bunu Ümumdünya Boks Seriyasının rəhbəri də təsdiqləyib. O deyib ki, pullar Azərbaycan boksçularının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət müqabilində alınıb.

Beynəlxalq və Azərbaycan Boks Federasiyasıyaları rəhbərliyi bu iddianı rədd ediblər, amma bildiriblər ki, bu ittiham araşdırılacaq.
XS
SM
MD
LG