Keçid linkləri

2025, 09 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:32

Azərbaycan BMT-də Fələstini dəstəkləyəcək


Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov
Azərbaycan BMT Baş Assambleyasında Fələstini dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda, Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqi prinsiplərə hörmətlə yanaşır.

"Fələstinin ərazisi işğal olunub və bu fakta göz yuma bilmərik. Biz bunu kifayət qədər əməkdaşlıq və tərəfdaşlıq etdiyimiz İsrailə də bildirmişik", - deyə o vurğulayıb.
XS
SM
MD
LG