Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:40

Fələstin prezidenti BMT baş katibinə müraciət etdi


Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasında çıxış edib.

O assambleya iştirakçılarına müraciət edib:

“Mən sizi məlumatlandırmaq istərdim ki, bu çıxışımdan əvvəl Fələstin dövlətinin prezidenti və Fələstin Azadlıq Hərəkatının icra komitəsinin rəhbəri kimi BMT-nin baş katibi, zati aliləri, cənab Ban Ki Muna ərizə ilə müraciət etdim. Orada Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində - paytaxtı Qüdsi-şərif olmaqla - BMT üzvlüyünə qəbul edilməsi xahiş olunur”.

İsrail Fələstinin BMT-yə müraciətinə qarşı çıxır. ABŞ isə bunun effektiv olmayacağını, sülhün yalnız danışıqlar yolu ilə əldə edilə biləcəyini bildirir, BMT-nin Təhlükəsizlik Şurasında Fələstinin müstəqil dövlət olmaq istəyini əngəlləyəcəyini deyir.
XS
SM
MD
LG