Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 23:52

Bəhreyn müxalifəti yenidən küçələrə çıxıb


Bəhreyn polisi nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin şiə müxalifəti Bəhreyn paytaxtı Manamadakı mərkəzi meydana girməyə cəhd edib.

Bəhreyn polisi meydanın ətrafına hətta tikanlı məftil də çəkib ki, etirazçılar ora daxil ola bilməsinlər.

6 ay qabaq müxalifət həmin meydanda davamlı mitinqlər keçirmiş və Bəhreynin sünni hakimiyyəti yalnız Səudiyyə Ərəbistanının qoşunlarının köməyi ilə onları dağıtmışdı.

Müxalifət ölkə əhalisinin çox hissəsini təşkil edən şiələrin haqlarının pozulduğunu, onların qərarverici postlara buraxılmadığını deyir.
XS
SM
MD
LG