Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:10

«Siyasi təşkilat olmasaq da, siyasi dəyişikliklər istəyirik»


Üzeyir Məmmədli,Aygül Pəncəliyeva və Etibar Salmanlı
Üzeyir Məmmədli,Aygül Pəncəliyeva və Etibar Salmanlı
Bugünlərdə «N!DA» Vətəndaş Hərəkatı ilk konfransını keçirib ictimaiyyətə 6 aylıq fəaliyyəti ilə bağlı hesabat verdi. Hərəkat özündə əsasən gəncləri birləşdirir.

«Nida»çılardan Aygül Pəncəliyeva, Etibar Salmanlı və Üzeyir Məmmədli «14-24»-ün qonağı olublar

«Ölkədə bir şeylər yolunda getmir ki, «Nida» yarandı. Ölkədə hər şey yolunda olsaydı, biz ekologiya üçün mübarizə aparardıq, heyvanların hüquqları üçün mübarizə aparardıq. «Nida» siyasi təşkilat olmasa da, siyasi dəyişikliklər istəyir ölkədə».

Hərəkatın İdarə Heyətinin üzvlərindən biri Üzeyir Məmmədli belə deyir. O əlavə edir ki, «Nida» heç bir gəncin ideoloji, dini baxışlarına fərq qoymadan çalışır.

«SİYASİ İDDİAMIZ YOXDUR»

«Siyasi iddiamız yoxdur, amma tələblərimizin çoxu siyasidir», Üzeyir Məmmədli əlavə edir.

«Biz heç kimdən maliyyələşmədən, heç kimdən heç nə güdmədən, heç kəsin qarşısında başımız aşağı olmadan işimizi görürük». Bunu isə hərəkatın digər təmsilçisi Etibar Salmanlı deyir.

1 TƏŞKİLATI 7 NƏFƏR İDARƏ EDƏCƏK

«Nida» Vətəndaş Hərəkatı həm də idarəetmə seçkisi də keçirib. Qarşıdakı 1 ildə hərəkata Aygül Pəncəliyeva, Etibar Salmanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, Turqut Qəmbər, Kaktus Cavadova və Zaur Qurbanlı rəhbərlik edəcəklər.

Üzeyir Məmmədli deyir ki, hərəkatın müstəqilliyini təmin etmək üçün kollegial idarəetmə üsuluna üstünlük verilib.

«RÜŞVƏT QANIMIZDADIR?»

Hərəkat üzvləri bloqlarında «Rüşvət qanımızdadırmı?», «Pula görə hər şeyimizi verərikmi?», «Bir-birimizin ayağının altını qazanıqmı?» kimi yazılarla Azərbaycanda bərkimiş stereotipləri dağıtmağa da önəm verdiklərini vurğulayırlar.

«Biz pul qazanmaq və karyera qurmaq haqqında düşünmürük! Çünki azadlıqlar olmayınca heç bir xalq səfalətdən qurtulmur. Tarix onu da sübut etdi ki, xalqlar azadlıq və həqiqət əldə etmədikcə, çörək və rifah da qazana bilmir». – «Nida»nın manifestində belə deyilir.

Bir neçə ay öncə «Nida» Vətəndaş Hərəkatı «Twitter» mikrobloqunun Azərbaycan dilinə tərcüməsi üçün kampaniya başlayıb. Bundan əlavə gənclər ali məktəblərdə təhsil haqqının artırılmasına etiraz olaraq kitab toplama aksiyası keçiriblər.

Gənclərin müzakirəsini daha ətraflı buradan dinləyin:

XS
SM
MD
LG