Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:30

«Bizdə dövlət insanların yataq otağına girir»


Araz Önər
«Azərbaycan kimi avtoritar tipli sistemlərdə nəinki gənclərin, hər kəsin dəyişmək imkanları məhduddur. Çünki burda bir sistem var və bu sistemi dəyişmək istəyən hər kəs cəzalandırılacaq».

Bir ildir Hollandiyada yaşayan bloqqer Araz Önər belə deyir.

«Mən Azərbaycanda bugünkü gənclərin daha uğurlu olduğuna inanıram, öncəki nəsil kimi uğursuz deyil. Nəsə etməyə çalışırlar. Hər halda, bunu təqdirəlayiq hesab etmək lazımdır. Mən inanıram ki, o insanlar Azərbaycanın həm siyasi, həm də ictimai həyatında çox şeyi dəyişəcəklər. Amma hazırkı sistem altında buna inanmıram».

«Sağlam Düşüncə» Gənclər Təşkilatından Tofiq Sadıxov:

«Düşünürəm ki, gənclik həmişə dəyişməyə qadir bir qüvvədir, enerjilidir, boldur. Bugünkü gündə də əgər Azərbaycan gəncliyi qarşısına məqsəd qoyacaqsa, nəyisə dəyişə bilər. Bu güc var.

Dəyişiklik dedikdə, mütləq deyil ki, siyasi dəyişiklik olmalıdır. Ola bilər ki, bu gün cəmiyyətimiz siyasi dəyişikliyə hazır deyil, gənclərimiz siyasi dəyişikliyə hazır deyillər...
Tofiq Sadıxov
Birinci biz korlanan zövqlərdən, korlanan mədəniyyətləri dəyişməkdən başlamalıyıq. Cəmiyyətimizdə müəyyən bir hissədə dəyişiklik mənfi tərəfə gedir. Bunun qarşısını almaq lazımdır. İlk olaraq beyinlər, şüurlar dəyişməlidir, insanlar pozitiv düşünməlidir».

Bloqqer Araz Önər:

«İnsanlar rüşvətlə gözəl şəkildə problemlərini həll edirlər. Mən inanmıram ki, Azərbaycan insanı bugünkü vəziyyətdə rüşvətsiz yaşamağa hazırdır.

İnsanların dəyişikliyə hazır olmasını da dövlət təmin etməlidir. Dövlət böyük bir qüvvə deyil, sadəcə olaraq xidmətçidir, insanların şəxsi həyatına qarışmaq məcburiyyəti yoxdur. Kafelərdə, otellərdə lüt çəkib efirə vermək məcburiyyəti yoxdur. Dövlət insanların təhlükəsizliyini təşkil etməlidir, insanın təhsilini, səhiyyəsini təşkil etməlidir. Dövləti yaradanlar buna görə yaradıblar. Bizdə isə dövlət insanların yataq otağına girir, kimlə şəkil çəkdirir, kimlə nə edir, ona nəzarət edir.

Nəyisə dəyişmək üçün özündən başlamalısan. Mən özümü dəyişə bilmişəm. Mənim indiki yaşımla
Etibar Salmanlı
17 yaşındakı Araz arasında fərq çoxdur. Mən yeniyetmə vaxtlarımda daha çox AzTV propaqandasına məruz qalmış biriydim. Çox şeydən xəbərim yox idi, ümumiyyətlə, maraqlandırmırdı. Bu, hər yerdə belədir, Azərbaycanın bir çox regionlarında belədir».

«Nida» Vətəndaş Hərəkatından Etibar Salmanlı:

«Nəyisə dəyişmək istəyəndə, ölkədə həmin dəyişikliklərə qarşı həddən artıq böyük bir tənqid dalğası yaranır.

Biz nə qədər azadıq desək də, çox az bir qisim azaddır. Digər hallarda isə ananın-atanın fikri önəmli sayılır. Bu da ondan irəli gəlir ki, Azərbaycan mentaliteti Azərbaycan gəncinə, ailəsinə qarşı bir təzyiq, bir çərçivə kimi qalıb.

Mən öz ailəmi də dəyişmişəm, öz anamı da, atamı da dəyişmişəm. Müəyyən qədər problemlərlə dəyişmişəm, amma dəyişmişəm».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG