Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

Hicabla bağlı məhkəmə yekunlaşıb


Təhsil nazirliyi qarşısında etiraz aksiyası
Təhsil nazirliyi qarşısında etiraz aksiyası
Hicab aksiyasına görə tutulanların məhkəmə istintaqı yekunlaşıb. Sentyabrın 27-də prokuror təqsirləndirilənlərə cəza istəyəcək.

Bu barədə AzadlıqRadiosuna vəkil Anar Qasımlı məlumat verib:

“Əgər prokuror zərərçəkənlərə həddən artıq sərt cəza istəsə, onda müdafiə tərəfi öz sözünü demək üçün uzunmüddətli vaxt götürməli olacaq. Yox, əgər prokurorun istəyi bir az ədalətli olsa, yəqin ki, elə həmin gün iş yekunlaşacaq”.

Anar Qasımlının sözlərinə görə prosesin indiyədək olan mərhələsində heç bir zərərçəkən təqsirləndirilən 5 nəfərdən hər hansı şikayətinin olduğunu bildirməyib.
Bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında 15 nəfər saxlanılıb. Onların “Hicaba azadlıq” şüarı ilə aksiya keçirməyə cəhd etdikləri bildirilir. Barələrində xuliqanlıq və ictimai qaydanın pozulmasında fəal iştirak etmə maddələri ilə cinayət işi qaldırılıb. Hazırda 5 nəfərin- Araz İsmayılov, Rövşən Məmmədov, Əlvan Hüseynov, Rüfət Nuriyev və Nurani Məmmədovun məhkəmə prosesi gedir. Verilən ittihamlarla onlar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

10 nəfərin işi üzrə ibtidai istintaq hələ bitməyib.
XS
SM
MD
LG