Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

Ayaz Mütəllibov Rusiyaya qayıdıb


Ayaz Mütəllibov
Ayaz Mütəllibov
Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov Rusiyaya qayıdıb.

Ayaz Mütəllibov Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə səhər saat 10:40 radələrində Bakı-Moskva reysi ilə Rusiyaya yola düşüb.

ASDP həmsədri Araz Əlizadə mətbuata açıqlayıb ki, A.Mütəllibovun Azərbaycana qayıtması məsələsi parlamentdə «Eks-prezidentlər haqqında» Qanun qəbul edildikdən sonra bəlli olacaq.

Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib.

Xatırladaq ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Eks-prezident oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG