Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:41

Ayaz Mütəllibov sentyabrın 18-dən sonra Azərbaycandan gedir


Ayaz Mütəllibov
Ayaz Mütəllibov
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov vəfat etmiş oğlunun qırx mərasimini verənə kimi Azərbaycanda olacaq.

Bu barədə APA-ya partiyanın digər həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, sabiq prezident yas mərasimi başa çatdıqdan, yəni sentyabrın 18-dən sonra ölkəni tərk edəcək:

«Məndə olan məlumata görə, həmin tarixdən sonra Ayaz müəllim getməlidir».

A. Əlizadə hazırda A. Mütəllibovun Bakıda ailə üzvləri ilə birlikdə olduğunu deyib.

A. Mütəllibovun oğlu 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskva-Bakı reysi ilə Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verildiyi açıqlanıb.
XS
SM
MD
LG