Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Fələstin rəhbərliyi müstəqilliklə bağlı BMT-yə ərizə verəcək


Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Müstəqil Fələstin dövlətinin tanınmasıyla bağlı BMT-yə rəsmi ərizə veriləcəyini təsdiqləyib.

O qeyd edib ki, BMT-nin tam hüquqlu üzvu olmaq fələstin xalqının hüququdur.

Gələn həftə Nyu-Yorkda təşkilatın baş assambleyasının sesiyası başlanır.

Birləşmiş Ştatlar bundan əvvəl belə bir addım atılacağı halda veto qoymaq hüququndan istifadə edəcəyini bəyan edib.

Öz növbəsində İsrail bunun ağır nəticələri olacağını bildirib.

Cümə günü İordan çayının qərb sahilində İsrail əleyhinə aksiya keçirilib.

Təhlükəsizlik qüvvələrilə toqquşma olduğu xəbər verilir.
XS
SM
MD
LG