Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

İctimai Palata üzvləri türk əsgərlərinin xatirəsini anıblar


Sentyabrın 15-də İctimai Palatanın üzvləri, müxalifət partiyalarının nümayəndələri Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli abidənin önündə nitq söyləyiblər. Onlar qeyd ediblər ki, 1918-ci ilin 15 sentyabrında Bakı Türkiyə ordusunun köməkliyi ilə daşnak-bolşevik qüvvələrindən azad olunub. Bu, Azərbaycan-Türkiyə qardaşlığını əbədi edib:

«Bu tarixi günün əhəmiyyətini hamı bilir. 1918-ci ildə Bakı işğaldan azad edilməsəydi, Azərbaycanın müstəqilliyi sual altında qalacaqdı. Ona görə də bu qəhrəmanlığın qiyməti yüksəkdir. Ən ağır gündə türk əsgəri yanımızda olub. Bu, həm də Türkiyə-Azərbaycan birliyinin çox önəmli bir rəmzidir» - İsa Qəmbər söyləyib.

Mərasim Şəhidlər Xiyabanının ziyarəti ilə başa çatıb.

Mərasim dinc şəraitdə keçib.
XS
SM
MD
LG