Keçid linkləri

2026, 16 May, şənbə, Bakı vaxtı 00:03

Ərdoğan: "İsrail üzr istəməyincə, münasibətlərin normallaşmasına ümid etməsin"

Misirə, Tunisə və Liviyaya səfərə yola düşən Türkiyənin baş naziri Ərdoğan İstanbulda deyib ki, Qəzza bölgəsinə səfər etməyi planlaşdırmır, ancaq yaxın vaxtlarda Qəzzaya getmək istərdi.

İsraillə münasibətlər barədə o deyib ki, İsrail hökuməti ilə problemlər İsrail hökumətinin ziddiyətli hərəkətlərindən qaynaqlanır.

O deyib: “ İsrail bizdən üzr istəməyincə, Qəzzaya gedən donanmanın ölən üzvlərinin ailələrinə kompensasiya verməyincə, Qəzzadan blokadanı götürməyincə, İsrail münasibətlərin normallaşmasına ümid etməsin”.
This item is part of
XS
SM
MD
LG