Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Moskvada Azərbaycanı işğalçı kimi qələmə verdilər


Sultan MƏRZİLİ
Moskva


...Mən belə bir nüfuzlu beynəlxalq kitab yarmarkasında Azərbaycan, Türkiyə və Ermənistanın kitab nəşriyyatları ilə də maraqlandım. Təəssüf ki siyasi və mədəni əhəmiyyətli bu sərgidə Azərbaycan dövlətini təmsil edən köşk tapmadım...

...Bəs Azərbaycan mətbuatından oxuduqlarım əsasında bizimlə müqayisədə çox geridə qalmış, acından ölən və qaçıb dağılan ölkə kimi təsəvvürümdə canlandırdığım ermənilər bu sərgiyə nə ilə gəlmişdilər? Gümanımda yanılmamışdım. Əvvəla, ermənilər müxtəlif yerlərdə üç köşk götürmüşdülər...



Moskvada sentyabrın 7-də başlanan 25-ci Beynəlxalq kitab yarmarka-sərgisi keçmiş sovetlərin vaxtında “VDNX” kimi tanınan ərazidə - yeni tikilmiş geniş binada keçirildi.

Sentyabrın 11-də yekunlaşan sərgidə Rusiyanın müxtəlif regionlarının, MDB-nin və Avropanın bir sıra nəşriyyatları iştirak edirdilər.

Mən gedəndə sərginin dördüncü günü olsa da, adam çox idi, moskvalılar kitab sevgisini tam yadırğamayıblar.

Kitablar poliqrafik səviyyəsindən asılı olaraq 50 rubldan 1500 rubla qədər müxtəlif qiymətlərdə idi, orta hesabla 150-300 rubla olan kitablar daha çox idi.

Azərbaycan pulu ilə təxminən 4-7 manat arası.

Nəşriyyatlar dərsliklərdən tutmuş rus və dünya klassiklərinin kitablarını, ən müxtəlif maraq dairəsində kitablar nümayiş etdirirdilər.

Kitab müəlliflərilə görüşlər də sərgiyə marağı artırırdı. Rusiyanın pravoslav kilsə nəşriyyatı burada geniş yer tutmuşdu və dini mövzuda çoxlu sayda kitablar nümayiş etdirirdi.

Mən Azərbaycan, Türkiyə və Ermənistanın kitab nəşriyyatları ilə də maraqlandım. Təəssüf ki siyasi və mədəni əhəmiyyətli bu sərgidə Azərbaycan dövlətini təmsil edən köşk tapmadım. Türkiyə bölməsində ölkənin tarix və mədəniyyə¬tindən bəhs edən nəfis şəkildə nəşr olunmuş kitablar diqqətimi cəlb etdi. Müasir və klassik türk ədəbiyyatı bir neçə tanınmış şair və yazıçılarla təmsil olunmuşdu.

Atatürk haqqında kitablar, tanınmış türk yazarlarından F.H.Dağlarca, N.Hikmət,
Moskva beynəlxalq kitab yarmarkasının loqosu

S.Ali, O.Pamuk, Atalıoğlu və başqalarının əsərlərindən nümunələr... Türkiyəni təmsil edən ikinci köşkdə ərəb və rus dillərində təmiz danışan gənc nurçular dini ədəbiyyatı təbliğ edirdilər.

Bəs Azərbaycan mətbuatının yazdıqları əsasında bizimlə müqayisədə çox geridə qalmış, acından ölən və qaçıb dağılan ölkə kimi təsəvvür etdiyim Ermənistan təmsilçiləri bu sərgiyə nə ilə gəlmişdilər? Gümanımda yanılmamışdım.

Əvvəla ermənilər müxtəlif yerdə üç köşk götürmüşdülər.

Ikincisi, rus, erməni və ingilis dillərində ermənilərin və erməni əsilli U.Saroyan kimilərinin kitabları, Ermənistan tarixi, etnoqrafiyası, erməni rəssamların əsərlərindən ibarət albomlar kifayət qədər nəfis şəkildə nəşr olunmuşdu.

Ən çox diqqət çəkən məqam isə erməni təbliğatının əlinə düşən fürsətdən maksimum ifadə etməsi idi.

Sərgi köşkünün bayır divarına yanbayan iki böyük “xəritə” asılmışdı.

Biri “müasir”, o biri isə “qədim” Ermənistanın xəritəsi.

Xəritələr demək olar ki eyni idi, sadəcə təsvir olunan “ölkələr” fərqli idi.

Müasir Ermənistanın xəritəsi “Ermənistan – Arsax” birləşik dövlətinin xəritəsi kimi təsvir olunur və ermənilər həmin “dövlət”in hüdudları daxilinə işğal etdikləri torpaqlardan əlavə Xocavənd rayonunun və köhnə Şaumyan rayonunun Azərbaycanın nəzarətində olan hissələrini də yerləşdirmişdilər, lakin həmin ərazilər ştrixlərlə Azərbaycan tərəfindən işğal olunmuş kimi göstərilmişdi.

Xəritədə adlar üç dildə yazılmışdı, ermənicə, ingiliscə və azərbaycanca. Məsələn, ermənilər Gəncəni - “Qanzak” kimi, Yevlağı isə - “Ablah” kimi yazmışdı.

Ermənlərin “qədim” xəritəsində isə Ermənistan Ağrı dağı, Urmiyə gölü, Van gölü, Göyçə gölü də daxil olmaqla Qara dəniz sahilindən 1-2 km aralı başlamaqla Kür boyunun sağ sahili ilə uzanaraq düz Xəzər dənizinə qədər gəlib çıxır və dənizin bir xeyli məsafəsini də qarmalayaraq İran və Türkiyə hüdudları da daxil olmaqla geniş bir ərazini tuturdu...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG