Sentyabrın 9-da prezident İlham Əliyev Milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.
Prezidentin rəsmi saytında yerləşdirilən məlumata görə, sərəncamda deyilir: “Müasir dövrdə ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerli televiziya kanallarının yayımladığı verilişlərin və müxtəlif telefilmlərin əhəmiyyəti getdikcə artaraq, gənc nəslin tərbiyəsində əsas amillərdən birinə çevrilir. Azərbaycanda mənəvi inkişaf sahəsində həyata keçirilən çoxsaylı dövlət proqramları, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş geniş tədbirlər yerli kino istehsalının inkişafına, o cümlədən telefilmlərin çəkilişinə ehtiyacı günü-gündən artırır”.
Sonda qeyd olunur ki, bu qərar Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alınaraq verilib.