«AZADLIQ» QƏZETİNİN SAYTINA HÜCUM OLUB
«Azadlıq» qəzetinin internet saytına girmək mümkün deyil. Qəzet rəhbərliyi bunu kibernetik hücumla izah edir. Və sentyabrın 6-da yayılan bəyanatda baş verənlərə görə, hakimiyyəti günahlandırır. Bəyanatda deyilir ki, «Azadlıq» qəzetinin internet saytı son iki ildə aramsız kibernetik hücumlara məruz qalıb.
Hücumlar nəticəsində qəzetin saytı bir neçə dəfə tamamilə dağılıb, yeni sayt yaratmaq məcburiyyətində qalıblar. Sonuncu dəfə qəzetin yeni saytı bu ilin əvvəlində işə salınıb. Ancaq az keçməmiş yeni sayta da hücumlar qeydə alınıb.
«Azadlıq»ın saytı iki domen üzərindən yayımlanır – www.azadliq.info və www.azadliq.az. Yada salaq ki, bu ilin aprelində haker hücumu ilə www.azadliq.az ünvanı iki dəfə dağıdılıb.
«Azadlıq»ın redaktoru Rövşən Hacıbəyli deyir ki, onlar Wikileaksin Azərbaycanla bağlı növbəti açıqlamalarını - «İlham Əliyevin sərvəti kimin adınadır» başlıqlı məqaləni sayta yerləşdiriblər. Sayt da bundan sonra işləməyib.
«Sayta qoyduq, az sonra ha çalışdıq, girə bilmədik. Burda hakimiyyətdən başqa kim ola bilər ki? Yalnız bu tipli yazılar olanda, korrupsiya, rüşvətlə bağlı yazılar olanda belə hücumlar işə düşür».
Rövşən Hacıbəyli deyir ki, onlar sayta olan çoxsaylı hücumlarla bağlı yerli qurumlara müraciət etməyiblər. Etməyi də düşünmürlər. Onun sözlərinə görə, qəzetin serveri Hollandiyada yerləşir və indi onlarla danışıqlar aparılır:
«Müraciət olunası yerli qurum yoxdur axı. Yəni problemi həll edəsi qurum yoxdur. Bu hakimiyyətin işidirsə, hansı qurum məsuliyyəti üzərinə götürüb çətinliyi aradan qaldırar? Server deyir ki, problemi həll etməyə çalışırıq. Eyni zamanda bizə təhlükəsizliklə bağlı təlim keçən Erik Conson adlı mütəxəssisdən kömək istəmişik. ABŞ-da müstəqil KİV-lərə hücumlara yardım edən qrup var və Erik Conson da onlarla yazışır. Güman edirik problem tezliklə həll olunacaq».
SAYTIN «AXİLLES DABANI»
Qəzet iddia olunduğu kimi tez-tez haker hücumlarına məruz qalırsa, müdafiə sistemini gücləndirə bilməzmi? Rövşən Hacıbəyli deyir:
«Təhlükəsizliyi tam təmin edə bilmədiyimiz üçün bizim də günahımız var, ora yetərincə maliyyə ayıra bilmirik. Zəif yerimizdir - Axilles dabanı kimi, bizi də həmişə ordan vururlar».
Rabitə və İnformasiya Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da deyir ki, saytı hücumlardan qorumağın bir yolu var – etibarlılığı təmin edilsin:
«Eyni zamanda bizdə bir şirkət var – «Azərsat». O da saytın toxunulmazlığına təminat verir. Onlara müraciət etsəydilər, bunu təmin edərdilər».
Amma sayta kimin hücum etməsini araşdırmaq nazirliyin səlahiyyətində deyil. Bunu da Müşfiq Əmirov deyir.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzsə bildirir ki, təkcə «Azadlıq» qəzetinə yox, başqa müstəqil, müxalifyönlü internet resurslarına vaxtaşırı belə hücumlar olur. Bu halda sayt rəhbərliyi Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət etməlidir. Mütəxəssisin dediyinə görə, həmin nazirliklərdə kibercinayətkarlıqla mübarizə aparan idarələr var.
MTN: «BUNUN BİZƏ NƏ AİDİYYATI»
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayevə zəng vurduq. O sualı qısa cavablandırdı: «Bunun bizə nə aidiyyatı?» «Bəs nazirlikdəki kibercinayətkarlıqla bağlı mübarizə idarəsi haker hücumlarını araşdırmalı deyilmi?» sualına cavabı isə belə oldu: «Belə bir idarənin olduğunu kim deyib?» Daha sonra əlavə etdi ki, xüsusi xidmət orqanlarının fəaliyyətinin əksər hissəsi dövlət sirri haqqında qanunla tənzimlənir deyə bəzi məsələlərin açıqlanması məqsədəuyğun deyil.
DİN: «İCAZƏ VERİN, O SUALA CAVAB VERMƏYİM»
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə nazirlikdə kibercinayətkarlıqla bağlı mübarizə idarəsinin olub-olmadığı haqda suala belə cavab verdi:
«O suala icazə verin cavab verməyim. Amma kim hesab edirsə ki, bu hücumlar qəsdən edilir və onlara qarşı təxribatdır, buyursunlar rəsmi qaydada nazirliyə müraciət etsinlər. Onların müraciəti də araşdırılar».
Osman Gündüz isə israrla həm MTN-də, həm də DİNdə internetlə bağlı qurumlar olduğunu deyir. Onun sözlərinə görə, qanunla internetlə bağlı cinayətkarlıq məsələlərini araşdırmaq, internetdə izləmələr aparmaq MTN-nin səlahiyyətindədir. DİN isə bundan sonrakı mərhələdə iştirak edir.
Amma Osman Gündüz də bu fikirdədir ki, saytla bağlı təhlükələri önləmək, dayanıqlı sistem qurmaq lazımdır. Lisenziyalı proqramlardan və mütəxəssislərin yardımından istifadə edilməlidir. Bu nə qədər baha başa gəlsə də...