Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:23

İsrail Türkiyədən üzr istəməyəcəyini deyir


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun ölkəsi ötən il Qəzzəyə yük aparan gəmi saxlanarkən 9 türkün ölümünə görə üzr istəməməlidir.

Netanyahu bu gün nazirlər kabinetinin iclasında ilk dəfə açıq şəkildə bildirib ki, İsrail öz vətəndaşlarını, öz uşaqları və cəmiyyətini qoruyub.

O insidentdən təəssüf bildirib və Türkiyəylə münasibətlərin düzələ bilməsinə ümidlə yanaşdığını qeyd edib.

Bu insidentə görə İsrailin ondan üzr istəməsini tələb edən Türkiyə, İsrail səfirini ölkədən çıxarıb və İsraillə hərbi əməkdaşlığı dayandırıb.

BMT-nin baş katibi Ban Ki Moon hər iki ölkəni münasibətləri yoluna qoymağa çağırıb və bu iki ölkə arasındakı münasibətlərin Yaxın Şərq sülh prosesinin həllində mühümm rol oynadığını deyib.

Qəzzənin blokadasını qanunsuz sayan Türkiyə məsələni Haaqa məhkəməsinə çıxarmağa hazırlaşır.
XS
SM
MD
LG