Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Suriyadan neft idxalına embarqo qoyuldu


Avropa Birliyi Suriyadan neft idxalına embarqo qoyur. Birliyin sentyabrın 2-də verdiyi qərara görə, hər hansı avropa şirkətinə Suriyadan neft və neft məhsullarının alınması, daşınması və başqa idxal əməliyyatlarında iştirak etmək qadağan edilir.

ABŞ dövlət katibi Hillari Klinton Bashar Assad rejimiylə mübarizə üçün bu cür sanksiyalara çağırmışdı.

Suriyada mart ayında etirazlar başlayandan bu yana 2 mindən çox dinc sakin öldürülüb.
XS
SM
MD
LG