Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:08

Lukaşenko bütün siyasi məhbusları azad edəcəyinə söz verib




Lukaşenko oktyabrın ortalarına qədər bütün siyasi məhbusları azad etməyə söz verib.
Aleksandr Lukaşenko bu vədini Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenovla görüşdə verib.

Mladenov Avropa Birliyi rəsmilərinə yazdığı məktubda Lukaşenkonun vədi barədə məlumat verir və yazır ki, Lukaşenko “müxalifətlə və qeyri-hökumət təşkilatları ilə dəyirmi masa keçirəcəyinə də vəd verib”.

Reuters agentliyi Mladenovun Avropa Birliyinə yazdığı məktubla tanış olub. Məktubda deyilir ki, Lukaşenko ölkənin gələcəyini müzakirə etmək üçün müxalifətlə müzakirələrə başlamağa söz verir, ancaq istəyir ki, Avropa Birliyi bu müzakirələri monitor etmək üçün “ağıllı adamlar” göndərsin.

4 MÜXALİFƏTÇİ BURAXILDI

Belarus prezidenti Lukaşenko vədinə əməl etməyə indidən başlayıb.
O, bu gün 4 müxalifətçini azad etdi.
Həmin müxalifətçilər keçən ilki prezident seçkiləri zamanı tutulmuşdular.

Belarusda həmin prezident seçkilərində prezidentliyə namizəd olanların 3-ü hazırda həbsdədir.
Etirazlarda isə 700 adam tutulmuşdu. Onlardan 50 nəfəri hazırda müxtəlif həbs cəzaları çəkir.

Sentybarın 2-də azadlığa çıxanlardan biri Andrey Protasenyadır.
O, 2010-cu ilin dekabrındakı seçkilərdə prezidentliyə namizəd Yaroslav Romançukun seçki kampaniyasına rəhbərlik edib.
O, azadlığa çıxmağını çox gözlənilməz adlandırır və deyir ki, onu elə sürətlə azad etdilər ki, kamera yoldaşları ilə sağollaşmağa güclə vaxt tapdı.

Protasenya Azadlıaq radiosuna deyir: “ Mən azadlıqdayam, ancaq çox da sevinə bilmirəm. Çünki içəridə hələ də həbsdə qalan yoldaşlarımız var”.

LUKAŞENKO SİYASİ MƏHBUSLARI NİYƏ AZAD EDİR?

Siyasi təhlilçilərin fikrincə, avtoritar Lukaşenko yenə Qərblə münasibətləri düzəltməyə cəhd göstərir.
Iqtisadi böhranın dərinləşdiyi bir vaxtda Lukaşenko Qərbdən kömək alacağına ümid edir.

Müxalifətçilərin azad olunması Polşanın Sopot şəhərində Avropa Birliyinin xarici işlər nazirlərinin iki günlük görüşünün başlaması ilə eyni vaxta düşür. Sopotda Belarusdakı vəziyyət müzakirə olunmalıdır.

Müxalifətçilərin məhz bu gün buraxılmasını Avropa Birliyinin həmin görüşü ilə bağlayırlar.
Hərçənd hakimiyyət bildirir ki, “azad olunanlar öz günahlarını boyunlarına alıblar və etiraf ediblər ki, hərəkətləri qanunsuz olub”.

4 il həbs cəzası alan və indi buraxılan Oleh Hnedçuk isə Azadlıq Radiosuna bunu inkar edir: “Mən yazmışdım ki, hadisələrin necə baş verdiyinə hakimiyyətin gətirdiyi izahı bilmirəm. Özümü günahkar hesab etmirəm. Sabahısı gün məni çağırdılar ki, mən bunu bir də yazım və bunu videoya çəksinlər. Mən imtina etdim. Dedilər ki, onda burda qalacaqsan. Ancaq sonra məni azad etdilər. “


AB NƏ CAVAB VERƏCƏK?

AB-nin Xarici Əlaqələrinə rəhbərlik edən Catherine Ashton deyib: “ Bizim Belarus məsələsində mövqeyimiz belədir ki, siyasi məhbuslar tamamilə azad olunmalıdır”.

AB-nin mövqeyini bir diplomat Reutersə belə izah edib: “Belarus bütün siyasi məhbusları azad etməyincə, Lukaşenkonun Brüsselə gəlməsi və ya Avropa Birliyinin nümayəndə heyəti göndərməsi mümkün deyil. Bu, danışıqlara başlamaq üçün AB-nin şərtidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG