Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 17:11

Londonda Fələstin tərəfdarları İsrail orkestrinin konsertinə mane olublar

Sentyabrın 1-də Fələstin tərəfdarları İsrail Filarmoniyası Orkestrinin Londonda verdiyi konsertinə mane olublar. Kral Albert konsert zalında orkestr çalmağa yenicə başlayanda tamaşaçılar arasında olan Fələstin tərəfdarları qışqırmağa və küyə basmağa başlayıb. Mühafizəçilər onları zaldan çıxarıb.

Konsert müddətində müşahidə olunan narahatlıqlara görə BBC radiosu konsertin yayımlanmasını dayandırıb.

Konsert zalından çöldə Fələstin və İsrail tərəfdarları nümayiş keçirib.

Fələstin Həmrəylik Kampaniyası BBC-ni konsertin yayımını ləğv etməyə və adamları konserti boykot etməyə çağırmışdı.
This item is part of
XS
SM
MD
LG