Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Üsyançılar Qaddafi qüvvələrinə 4 gün vaxt verib


Liviya üsyançıları Qaddafiyə sadiq qüvvələrə sentyabrın 3-dək vaxt veriblər.

Ultimatumda deyilir ki, əgər onlar bu vaxtadək təslim olmasalar hücumla üzləşəcəklər.

Üsyançıların yaratdığı ötəri milli şuranın sədri Moustafa Abdel Jalil hazırda Qaddafinin doğma şəhəri Sirt və digər rayonlarda onların komandirlərilə danışıqlar aparıldığını deyir.

Qaddafinin həyat yoldaşı və 3 uşağı avqustun 29-da Əlcəzairə qaçıblar.

Şuranın sözçüsü Mahmoud Shammam Qaddafi və onun ailə üzvlərinə sığınacaq verənlərin Liviyanın düşməni olacaqlarını xəbərdarlıq edib.

Qaddafinin yeri hələlik bəlli deyil.
XS
SM
MD
LG