Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:43

ABŞ Abxaziyada keçirilən seçkini tanımır


Birləşmiş Ştatlar Gürcüstanın separatçı bölgəsi Abxaziyada keçirilmiş prezident seçkisini qanunsuz sayır.

Belə bir bəyanatla dövlət departamentinin nümayəndəsi Victoria Nuland çıxış edib.

O ölkəsinin bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bildirib.

Avqustun 26-da müstəqilliyini elan etmiş Abxaziyada keçirilmiş prezident seçkisində əvvəllər vitse-prezident olmuş Aleksandr Ankvab qalib gəlib.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG