Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:07

İranlı nüvə alimini öldürməkdə təqsirli bilinən Majid Jamali ölümə məhkum edilib


İranda nüvə alimi Masud Ali Mohammadini öldürməkdə təqsirli bilinən Majid Jamali Fash ölüm hökmünə məhkum edilib.

Bu barədə yerli İRNA agentliyi İranın baş prokurorluğuna istinadla xəbər verir.
Məhkəmə 1 həftədən az çəkib.

Alim ötən ilin yanvarında evinin ətrafında törədilmiş partlayış nəticəsində ölüb.

İstintaqın gəldiyi nəticəyə görə Majid Jamali Fash israilin xüsusi xidməti olan Mossad təşkilatının göstərişi ilə hərəkət edib.

Müdafiə tərəfi 20 gün ərzində məhkəmənin qərarından şikayət verə bilər.
XS
SM
MD
LG