Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:06

Höte mükafatını bu il suriyalı şair aldı


Almaniyada ən nüfuzlu ədəbiyyat mükafatlarından olan Höte mükafatı suriyalı şair Adonisə verilib.

Mükafat 80 yaşlı şairə bazar günü Frankfurtda keçirilən mərasimdə təqdim olunub.
Adonis ləqəbiylə yazan Ali Ahmed Said 1930-cu ildə Suriyanın şimalında doğulub.

26 yaşında siyasi təqiblərə görə ölkəsini tərk etməli olub.

Hazırda Parisdə yaşasa da ərəb dilində yazır.

Adonis ( Ali Ahmed Said) Almaniyanın ədəbiyyat mükafatını alan ilk ərəb şairidir.

Höte mükafatı 3 ildən bir, klassikin doğum günü-avqustun 28-də verilir.

Mükafat 50 min avro dəyərindədir.
XS
SM
MD
LG