Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:14

Dövlət Neft Fondu bu il büdcəyə 12 mlrd. dollar köçürəcək


Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferin həcmi 2011-ci ildə təxminən 12 mlrd. dollar təşkil edəcək.

Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Hazırda Fondun məcmu vəsaitlərinin həcmi 31 mlrd. dollar təşkil edir.

İcraçı direktor həmçinin bildirib ki, ARDNF-in vəsaitləri müxtəlif valyutalarda yerləşdirildiyindən, dollar və avronun məzənnələrinin dəyişkənliyi Fondun vəsaitlərinə ciddi təsir etmir.

Hazırda Avropada borc böhranı yaşanır, bu da dünya maliyyə bazarlarına ciddi şəkildə mənfi təsir edir. Ş.Mövsümov bəyan edib ki, qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyi məlum deyil və Fond hazırda səhmlər üzrə gözləmə mövqeyindən çıxış edir. /apa/
XS
SM
MD
LG