Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:58

İraqdakı partlayışlarda 14 adam ölüb


Avqustun 25-də İraqda baş verən bir neçə partlayış nəticəsində azı 14 nəfər ölüb. Associated Press xəbər verir ki, ölənlər arasında 8 polis zabiti və 1 hərbçi var.

Partlayışlardan biri Bəsrə şəhərində baş verib. İntiharçının şiə məscidi yaxınlığında törətdiyi həmin partlayışda 4 adam ölüb, onlarla adam yaralanıb.

Digər partlayışlar isə Fəlludca, al-Karme və paytaxt Bağdadda törədilib.
XS
SM
MD
LG