Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:51
Azərbaycanda daha bir rayonun hərbi komissarı həbs edilib.

Bu barədə «APA»ya hüquq-mühafizə orqanlarından bildirilib.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayon hərbi komissarı polkovnik-leytenant Cahangir Həsənov korrupsiyada ittiham olunur. C. Həsənov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Naxçıvan Hərbi Komissarlığından «APA»ya C. Həsənovun saxlanılmasını təsdiqləyiblər.

Onun səlahiyyətlərini müvəqqəti olaraq kapitan Vüqar Rəhimov icra edir.

Xatırladaq ki, bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev və bir sıra rayonların hərbi komissarları korrupsiya faktı ilə əlaqədar həbs ediliblər. Ümumilikdə indiyədək 20-yə yaxın komissarlıq işçisi həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG