Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:32

Gəncədə jurnalistlərə çəkiliş aparmağa icazə verməyiblər



Jurnalistleri Gəncə şəhəri Polis İdarəsinin Kəpəz rayon şöbəsinə aparılıblar. Hacı Zeynalovun sözlərinə görə, onlar icazəsiz çəkiliş aparmaq adı ilə şöbəyə gətiriliblər:
"Biz onlara öz peşə borcumuzu yerinə yetirdiyimizi bildirdik".
Kəpəz rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, jurnalistlər və bir nəfər vəkil barədə yerli icra hakimiyyəti nümayəndələrində şikayət daxil olub:
"İcra hakimiyyəti nümayəndələri tərəfindən şöbəyə məlumat daxil oldu ki, özlərini təqdim etməyən bir neçə nəfər şəhərdə çəkiliş aparırlar. Biz də onları şöbəyə dəvət etdik, məlum oldu ki, jurnalistdirlər. Əgər onlar özlərini təqdim etsəydilər bura da gətirilməzdilər".
Hazırda Hacı Zeynalov, Ramin Deko, vəkil Xalid Bağırov polis şöbəsindədirlər.

***

Azadlıq qəzetinin əməkdaşı Ramin Deko və Bizim Yol qezetinin əməkdaşı Hacı Zeynalov Gəncədə aparılan söküntü işləri ilə bağlı çəkiliş apararkən özlərini yerli İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edənlərin təzyiqinə məruz qaldıqlarını deyirlər. Hacı Zeynalovun sözlərinə görə, çəkiliş aparmalarının qarşısı kobud şəkildə alınıb:

«Onlar bizə təzyiq edərək, hədə qorxu gəldilər. Ərazini tərk etməkdə təkid etdilər. Bizimlə birlikdə olan vəkil Xalid Bağırovun isə vəkillik vəsiqəsini əlindən alıblar».

Vəkil Xalid Bağırov isə AzadlıqRadiosuna bildirdi ki, jurnalistlərin təzyiqə məruz qaldığını görüb və hadisə olan yerə yaxınlaşaraq vəkillik vəsiqəsini onlara təqdim edib. Lakin həmin adamlar onun vəsiqəsini əlindən alıblar:

«Mən onlarda vəsiqəmi geri ala bilmirəm. İzah edirəm ki, saat 18-də mənim məhkəmə prosesim var lakin onlar sənədimi geri qaytarmırlar».

Hazırda onlar iki ədəd QAZ 24 markalı avtomaşınlar tərəfindən izlənildiklərini deyirlər.

Avqustun 15-də Gəncənin Nizami küçəsində yerləşən 120 yaşlı tarixi bina dağıdılıb. Gəncənin baş memarı Allahverdi Əliyev deyir ki, bu söküntülər şəhərin yeni baş planına əsasən reallaşır.
XS
SM
MD
LG