“Əl-Qaidə” terror şəbəkəsi ABŞ üçün əsas təhlükə olaraq qalır. Bu haqda ABŞ Dövlət Departamentinin 2010-cu ildə terrorçuluğun vəziyyəti ilə bağlı hazırladığı hesabatında bildirilir.
Hesabat “Əl-Qaidə” lideri Osama ben Ladinin may ayında öldürülməsindən əvvəl hazırlanıb.
Hesabatda bildirilir ki, “Əl-Qaidə”nin Pakistanda fəaliyyət göstərən müxtəlif islamçı qruplarla əməkdaşlığı xüsusi narahatlıq doğurur. O da qeyd olunur ki, indi “Əl-Qaidə” əvvəlki illərə nisbətən zəifdir.
Hesabatda terroru dəstəkləyən dövlətlər arasında İran, Suriya, Kuba və Sudan göstərilir. İranın 2010-cu ildə daha fəal olduğu da qeyd olunur.
Keçən il dünyanın 72 ölkəsində 11 mindən artıq terror aktı baş verib.