Bakıda Şəhidlər Xiyabanındakı «Əbədi məşəl» kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təhlükəsi yaranıb.
Səbail rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sürüşmə gecə saatlarında baş verib. Bununla əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, ərazidə bərkitmə işləri aparılır.
Ərazidə yaşayan sakinlərin dediyinə görə, sürüşmə nəticəsində «Gülüstan Sarayı»nın yaxınlığında yolda çat əmələ gəlib.