Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

22 yaşlı Gəncə sakini 10 kiloqram marixuana satarkən tutulub


Arxiv foto
Arxiv foto
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional bölməsinin rəis əvəzi Rəfail İsmayılov deyir ki, keçirilən əməliyyat nəticəsində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü, ailəli Mürsəlov Tural saxlanılıb. O, Goranboy rayon ərazisində 10 kiloqrama yaxın narkotik vasitə olan marixuananı satmaq istəyərkən saxlanılıb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı narkotik vasitəni meşədən yığdığını bildirib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində araşdırma aparılacaq.
XS
SM
MD
LG