Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:52

Azərbaycanlı alpinistlər Lenin zirvəsinə qalxırlar


Avqustun 16-da Azərbaycanın alpinizm üzrə milli komandası Pamirin ən hündür zirvələrindən birinə Lenin zirvəsinə (7134 m.) qalxmağa başlayıb. Ekspedisiya bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub.

Ekspedisiyaya beynəlxalq dərəcəli idman ustası Nikolay Totmyanin rəhbərlik edir. Komandanın tərkibinə Əli Abdullayev, Firuz Dadaşov, Rüfət Qocayev, Denis Leusov, Sirxan Məmmədov, Mirbədəl Mirhəsənli daxildir.

Azərbaycan Alpinizm Federasiyası prezidentinin köməkçisi Şamil Qasımzadənin AzadlıqRadiosuna verdiyi məlumata görə, qrupun əhval-ruhiyyəsi yaxşıdır:

“Onlar hal-hazırda zirvəyə qalxırlar. Özlərini çox yaxşı hiss edirlər. Bir nəfər - Əli Abdullayev özünü yaxşı hiss etmədiyindən yoldaşlaını düşərgədə gözləyir”.
Son illər azərbaycanlı alpinistlər Pamirə, Tyan Şana, Himalaya qalxıblar.
XS
SM
MD
LG