Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 23:52

Liviyanın Daxili İşlər naziri Misirə qaçıb

Liviyanın Daxili İşlər Naziri Nassr al-Mabrouk Abdullah bu gün ailəsi ilə birlikdə Misirə gəlib. Nazir və 9 nəfər ailə üzvünün Misirə gəlməyini Qahirə aeroportundan da təsdiqləyiblər.

Misir rəsmiləri onun turist kimi ölkəyə gəldiyini desələr də, iddialara görə, nazir Qaddafi rejimindən qaçıb-canının qurtarıb.

Bu arada üsyançılar paytaxt Tripoliyə girişi təmin edən iki strateji şəhər - Zaviya və Gharyan şəhərləri uğrunda döyüşlər getdiyini bildiriblər. Liviya hökuməti isə hər iki şəhərin onların nəzarəti altında olduqlarını bildirir.
This item is part of
XS
SM
MD
LG