Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Azərbaycanda problemli kreditlərin həcmi 37% artıb


Azərbaycanda bank-kredit təşkilatları tərəfindən müştərilərə ayrılmış kreditlərin məcmu həcmi 2011-ci il iyulun 1-i vəziyyətinə 9 mlrd. manat təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, kredit qoyuluşunun 35.2%-i dövlət, 64.8%-i isə özəl kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 66.9%-ni və ya 6.021 mlrd. manatını uzunmüddətli kreditlər, 26.9%-ni və ya 2.421 mlrd. manatını qısamüddətli kreditlər təşkil edib.

Ödəmə vaxtı keçmiş kreditlər isə 557.9 mln. manat olub və ümumi kreditlərin 6.2%-ni təşkil edib.

Ötən ilə nisbətən uzunmüddətli kreditlərin həcmi 7.3%, qısamüddətli kreditlərin həcmi 3.1%, vaxtı keçmiş kreditlərin həcmi isə 36.5% artıb.
XS
SM
MD
LG