Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:03

Obama ilə Abdulla Suriyadakı vəziyyəti müzakirə ediblər


ABŞ prezidenti barack Obama ilə Səudiyyə Ərəbistanının kralı Abdullah Suriyada dinc sakinlərə qarşı zorakılıq aktlarını ittiham ediblər.

Ağ evin yaydığı bəyanatda deyilir ki, hər iki lider Suriya hakimiyyətinin öz vətəndaşlarına qarşı güc tətbiq etməsindən dərin narahatlıq bildiriblər.

ABŞ dövlət katibi Hillary Clinton bundan əvvəl prezident Bashar Assada qarşı təzyiqləri artırmaq üçün bu ölkədən neft və qaz almamağa çağırıb.

Cümə axşamı BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.
XS
SM
MD
LG