Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Əfqanıstanda qubernatorun iqamətgahına hücum edilib


Əfqanıstanın Parvan əyalətində yerli qubernatorun iqamətgahına hücum edilib.

Hücumda azı 6 intiharçı və bir neçə yaraqlı iştirak edib.

Reuters agentliyi 2 dəfə güclü partlayış baş verdiyini və hazırda atışma getdiyini xəbər verir.

Qubernator Abdulla Basir Salanqinin sözlərinə görə hücum vaxtı binada iclas keçirilirmiş.

İtki və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.
XS
SM
MD
LG