Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 09:02

Cəbhə xəttində daha bir Azərbaycan əsgəri yaralanıb


Foto: Arxiv
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə avqustun 12-də baş verib.

Ermənilərin Azərbaycanın Göygöl rayonu istiqamətində açdığı atəş nəticəsində Kamil Mirzəyev qolundan yaralanıb.

Əsgərin hazırda vəziyyəti normallaşıb, həyatı üçün təhlükə yoxdur.

1992-ci il təvəllüdlü Kamil Mirzəyev 2010-cu ilin oktyabr ayında Masallı Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG