Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 04:51

Əfqanıstanda Talibanın vurduğu vertolyot tapılıb


Ötən həftə talibançıların Əfqanıstanda vurduqları NATO vertolyotu tapılıb və məhv edilib.

Bu barədə Əfqanıstandakı beynəlxalq kolaisiya qüvvələrinin komandanlığı xəbər verir.

General Con Allen avqustun 8-də vertolyotu vurmuş yaraqlılara qarşı əməliyyat keçirildiyini və cavabdehlərin öldürüldüyünü deyir.

O yaraqlıların komandiri Mullah Mihubullahın da ölənlərin arasında olduğunu deyir.

Ötən şənbə Vardak əyalətində vertolyotun vurulması nəticəsində 38 hərbçi ölüb.

Onların 20-dən çoxu Amerika əsgəridir.
XS
SM
MD
LG