Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Rəsmi və müxalifət qəzetləri turizm barədə


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzeti «AZƏRBAYCANIN MODERN DÖVLƏT QURUCULUĞUNDA TURİZMİN YERİ VƏ ROLU YÜKSƏLİR» başlıqlı yazı dərc edib. Yazının müəllifi, Milli Məclisin sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblidir:

«Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. Bu mənada Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi proqram xarakterli çıxışında Prezident İlham Əliyevin 2011-ci ili ölkəmizdə «Turizm ili» elan etməsi də tamamilə təbii xarakter daşıyır.

2011-ci ilin «Turizm ili» elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. Prezident İlham Əliyev bu barədə deyib: «Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin «Turizm ili» elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək. 2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq».

«Bizim yol»«Yeni Müsavat» qəzetləri isə Gürcüstanın Batumi şəhərində dincələn azərbaycanlılardan reportajlar dərc edib.

«Bizim yol»: «Batumidə iştirak etmək Azərbaycanla müqayisədə ən azı 2-3 dəfə ucuz başa gəlir. «Batumidə otellərin qiyməti 20-50 dolar civarındadır. Ancaq kisəsinə qənaət etmək istəyənlər üçün bundan da əlverişli imkan var. Dəniz kənarına yaxın içərisində hər bir şeyi olan 1 otaqlı mənzilin qiyməti bizim pulla 10-15 manatdır».

«Yeni Müsavat»: «İki gün öncə Batumi istirahətindən qayıdan Leyla Əliyeva deyir ki, orada infrastruktur Azərbaycanın istirahət zonalarındakından geri qalır. L.Əliyeva Batumidə gündəlik istirahətin 20 manata başa gəldiyini deyir... Amma Batumidə turizmin inkişaf etdiyini demək olmaz. Gürcülərin pulları yoxdu axı. Bilinir ki, kasıb yerdir. Sadəcə, reklamı super qurulub... İnsanlar az pulla çox şey etmək istəyirlər. Amma cəmiyyət bizdən irəlidir. Çox inkişaf ediblər. Azərbaycan turistlər həm də cəmiyyətin o qədər də inkişaf etmədiyini bilib gəlmirlər…».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG