Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:26

Timoşenkonun azadlığı üçün imza toplanır


Ukraynanın keçmiş baş naziri Yulya Timoşenkonun məhkəməsi keçirilən Kiyevdəki Peçorski məhkəməsinin binası qarşısına Timoşenkonun yüzlərlə tərəfdarı və əleyhdarı yığışıb.

Məhkəmə binasının ətrafına xüsusi təyinatlıların olduğu onlarla avtobus gətirilib.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur. Avqustun 5-də məhkəmə onun şərti azadlıqda qalması barədə qərarı həbslə əvəz edib.

Timoşenkonun tərəfdarları onun azadlığa buraxılması üçün imza toplamağa başlayıblar.
XS
SM
MD
LG