Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

Əsgərin günvurmadan öldüyü bildirilir


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib.

Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

2011-ci ildə Babək rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Saməddin Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.
XS
SM
MD
LG